Alimlər daha 800 milyon insanın qidalandırılmasının yolunu tapıblar

4-05-2020, 10:29           
Alimlər daha 800 milyon insanın qidalandırılmasının yolunu tapıblar
Mövcud suvarma sisteminin yaxşılaşdırılması və yeni su anbarlarının yaradılması dünyada məhsuldarlığın yüksəlməsinə kömək edəcək və daha 600-800 milyon insanı qida ilə təmin edəcək.

“Science Advances” xəbər verir ki, bu qənaətə Kaliforniya universitetinin alimləri gəliblər. Mütəxəssislər dünyanı bitki qidası ilə təmin edən 130 kənd təsərrüfatı ərazisini müşahidə ediblər.

Məlum olub ki, bu torpaqların 80%-i su qıtlığından əziyyət çəkir və bu da məhsula təsir edir.

Alimlər həmin ərazilərdə səmərəli işlərin görülməsini tövsiyə edir.

Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru