190 manat ala bilməyənlərin NƏZƏRİNƏ – Deputat üsulları açıqladı

4-05-2020, 16:50           
190 manat ala bilməyənlərin NƏZƏRİNƏ – Deputat üsulları açıqladı
190 manat birdəfəlik ödənişlərlə bağlı əsassız şəkildə rədd cavabı alan vətəndaşlar yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.

Teref.az publika.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov “ATV Qərargah” proqramında açıqlayıb.

Məsələ ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab verən deputat bildirib ki, bunun üçün nazirliyin elektron poçtuna və ya məktub vasitəsilə şikayət ərizəsi göndərilə bilər: “Məsələn, şikayətlər eşidirik ki, bir vətəndaşın adına avtomobil yoxdur və heç vaxt olmayıb. Lakin ona 190 manat sosial müavinət təyin edilməyib. Ola bilsin ki, bu, texniki problem ucbatından baş verib. Bu halda, həmin vətəndaş nazirliyə yenidən müraciət etməlidir. Baxmayaraq ki, artıq birdəfəlik ödənişlərin təyin edilməsi üçün qeydiyyat tarixi bitib, amma yenə də əsassız rədd cavabı alanlar yenidən müraciət edə bilərlər”, – V.Bayramov bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.