"Başqa bölgələrdən daha çox şikayət gəlirdi, nəinki İmişli Rayon İcra Hakimiyyətindən" - Gənc deputatdan tutulan başçıya dolayı dəstək

5-05-2020, 14:46           
"Başqa bölgələrdən daha çox şikayət gəlirdi, nəinki İmişli Rayon İcra Hakimiyyətindən" -
İmişli rayon icra başçısı Vilyam Hacıyevin hansı səbəbdən saxlanılması barədə məndə hələlik məlumat yoxdur.

Bunu Axar.az-a açıqlamasında İmişli rayonunun deputatı Razi Nurullayev deyib. O bildirib ki, icra başçısının saxlanılması barədə məlumatı mətbuatdan alıb:

“Mən bu xəbəri alanda Milli Məclisdə iclasda idim. Bilirsiniz ki, bu gün MM-in plenar iclası var. Ona görə hələlik az məlumatlıyam”.

Millət vəkili onu da qeyd edib ki, İmişli sakinləri tərəfindən icra başçısı ilə bağlı ona kütləvi şikayətlər daxil olmayıb:

“Mənə bütün regionlardan şikayət gəlirdi. Amma İmişlidən kütləvi şikayət daxil olmayıb. Başqa bölgələrdən daha çox şikayət gəlirdi, nəinki İmişli Rayon İcra Hakimiyyətindən”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru