İRANDA ATIŞMA: SEPAH-ın generalı və iki əməkdaşı öldürüldü

5-05-2020, 19:12           
İRANDA ATIŞMA:
İranda İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 1 zabiti və iki əməkdaşı öldürülüb.

Teref.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Kürdüstan əyalətinin Divandərə bölgəsində qeydə alınıb.

SEPAH qüvvələri ilə silahlı qruplaşma üzvləri arasında atışma olub.

Nəticədə SEPAH-ın Kürdüstan əyalətinin Beytül-Müqəddəs qərargahının komandiri, general Şəkiba Səlimi və təşkilatın daha iki üzvü – Cəfər Nizampur və Məhəmməd Şəkərin ölüb.

Məlumatda qeyd olunur ki, silahlı qruplaşma üzvlərindən də bir neçə nəfər öldürülüb və həbs olunanlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru