Həbsdə olan Vilyam Hacıyevdən YENİ XƏBƏR

8-05-2020, 11:38           
Həbsdə olan Vilyam Hacıyevdən YENİ XƏBƏR
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev özünə yeni vəkil tutub.

Teref.az xəbər verir ki, sabiq icra başçısı dövlət hesabına ona təklif olunan vəkildən imtina edərək, öz vəsaiti hesabına yeni vəkil tutub.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. DTX-da aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.(axeber)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru