ÜST koronavirusla mübarizə üçün tətbiqi işə salacaq

9-05-2020, 07:45           
ÜST koronavirusla mübarizə üçün tətbiqi işə salacaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ayda resursları az olan ölkələrdəki insanlarda koronavirusun əlamətlərinin olub-olmamasını qiymətləndirməyə imkan verən tətbiq işə salacaq.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi bildirib.

Tətbiqdə xəstəliyin simptomları ilə bağlı sualları cavablandıra və koronavirusa yoluxma haqqında tövsiyələr ala biləcəklər. İstifadəçinin ölkəsinə əsaslanan proqram vətəndaşın koronavirus ilə bağlı testini harada və necə keçirə biləcəyi haqqında da məlumat verəcəkdir.

Bildirilib ki, Hindistan, Avstraliya və Böyük Britaniya epidemiya ilə mübarizədə kömək göstərəcək rəsmi tətbiqlərini artıq işə salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru