Almaniyada COVID-19-a yoluxanların sayı 170 minə çatır

10-05-2020, 08:37           
Almaniyada COVID-19-a yoluxanların sayı 170 minə çatır
Almaniyada koronavirusа yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son bir gün ərzində 667 artıb, 26 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, epidemiyanın başlanğıcından ölkədə COVID-19-a 169 218 yoluxma halı aşkar edilib, 7 395 ölüm qeydə alınıb.

Bununla yanaşı, koronavirusa yoluxmuş 144 mindən çox pasiyent sağalıb.

Yoluxma hallarının ən böyük miqdarı Bavariyada aşkarlanıb. Burada 44 265 COVID-19 xəstəsi var. Eyni zamanda Şimali Reyn-Vestfaliyada 34 964 nəfər virusa yoluxub. Pandemiyanın geniş yayıldığı ərazilər siyahısında Baden-Vürtemberqin (33 287 yoluxma) də adı var. Berlində 6 261 yoluxma qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru