Afrikanın bakılı olan ən zəngin qadını ərini itirdi

2-11-2020, 08:51           
Afrikanın bakılı olan ən zəngin qadını ərini itirdi
Anqolanın keçmiş prezidentinin qızı, Afrikanın bakılı olan ən varlı qadını İzabel dos Santosun əri Dubayda həyatını itirib.

“Haber Global” məlumat verir ki, dalğıc olan 48 yaşlı Sindika Dokolo Dubay sahillərində dənizdə qəza nəticəsində ölüb.

Qeyd edək ki, İzabellanın atası Eduardo Dos Santos 70-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada bakılı Tatyana Kukanova ilə evlənib. Həmin evlilikdən Bakıda qızı İzabella dünyaya gəlib.

Sonradan o, ölkəsinə qayıdıb və prezident olub, on illər boyu Anqolanı idarə edib. Onun qızı isə bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru