Ağdamda "metrika"-ya 50 azn rüşvətə möhür vurular - Yuxarıya haqq bəhanəsi ilə FOTOFAKT
28-01-2016, 16:33
Prezidentin qərarlarını bilərəkdən tapdalayan dövlət məmuru Ağdamda
Artıq respublikamızın elə də əyalət bölgəsi sayılmayan Ağdam rayonundakı bəzi məmurlar elə səviyyədə özlərinin harınlıq dövrlərini yaşayırlar ki, hətta jurnalist olduğunu və videoya çəkildiyini bildiyi halda rüşvət almaqdan belə, çəkinmirlər. Özünün də dediyi kimi, yuxarıya çatır və işlətdiyi “katyol” sözü heç də etik səslənməmişdi. Bura Ağdamdır… Digər yazılarda qeyd edən də ki, Ağdam rayonunda dövlət məmurları vətəndaşlara qarşı ögey münasibət bəsləyirlər, bəlkə də kimlərsə buna şübhə ilə yanaşmaqdaydı. Qərara gəldik ki, bütün bu şübhələri birdəfəlik aradan qaldırmaqdan ötrü Ağdam rayonuna yollanaq və dövlət məmurları ilə vətəndaşlar arasında olan münasibətlərin məhz hansı faktor üzərində dayanmasının canlı şahidi olaraq, bu barədə reportaj hazırlamaqla oxucuları və aidiyyatı şəxsləri də bilgiləndirək. Hesab edirik ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əlaqədar şəxsləri materiala daha diqqət ayırmaqla, aşağıda qeyd edəcəyimiz rüşvət alma faktına görə, ölkə Prezidenti Cənab İlham Əliyevin apardığı korrupsiyaya qarşı mübarizə kompaniyasına dəstək verə biləcəklər… Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olduğu bildirilən,
Ağdam Rayon Qeydiyyat Şöbəsində, şöbənin qeyri-ciddi işlərlə məşğul olan, iş otağında vətəndaşların problemləri ilə deyil, supitnik antenna vasitəsi ilə televizorda heyvanlar aləmini seyr etmək üçün usta çağırtdırmış, hətta özünün də etiraf etdiyi kimi həftənin şənbə günləri xoruz döyüşdürmək azarkeşi olan və evində döyüşlərdə iştirak etməkdən ötrü 20 ədəd xoruz bəsləyən rəisi tərəfindən adi bir şey kimi rüşvət alınır. Hətta çəkildiyini bildiyi halda çox arxayın şəkildə ona uzadılan 50 manat rüşvəti alaraq, hətta vətəndaşa minnət qoymağı belə unutmur: ..Doğum haqqında şəhadətnamə sistemə vurulan kimi “yuxarı” görəcək ki, 2009-cu il doğumlu şəxsə indi verilib şəhadətnamə və bilən də ki, bu məhkəmə qətnaməsi olmadan verilib, deyəcəklər aldığından bizə də “gətir”. Vallah bununla alınmırdı, sənin səmimiyyətinə görə götürürəm, görüm “katyol”da necə həll edəcəm və s. heç bir dövlət məmuruna yaraşmayan tərzdə danışması sadəcə üzücü haldır
teref.az Azer.Press.az- a istinadən yazır ki, Qeydiyyat Şöbəsinin rəisi Zöhrab Zeynalov özü də etiraf edir ki, Ağdamda “katyol” var və guya hörmət edib aldığı bu az məbləği həmin “katyol”da ruslar demişkən başqa məbləğlərin içərisində “pakrvat” edəcəkdir. Görəsən, Cənab Zeynalov aldığı rüşvətdən verəcəyi “yuxarı” adı ilə xitab etdiyi nəzərdə tutduğu hansı ünvandır, Ağdam Rayon İcra Hakimiyyəti, yoxsa Ədliyyə Nazirliyi? Verilən doğum haqqında şəhadətnamənin üzərinə vurulmuş möhrdə məhz “Ədliyyə Nazirliyi” sözü yazılmaması, “Ağdam Rayon Qeydiyyat Şöbəsi” sözləri yazılması şübhələri yenə Ağdam RİH-nin başçısı Raqub Məmmədovun üzərinə yönəldir. Ancaq ehtimal ola bilər ki, Zöhrab Zeynalov aldığı rüşvətləri icra başçısı ilə bölməsin. Bəlkə də həqiqətən də Raqub Məmmədovun xəbəri olmaya bilərdi, düşünmək istəyimizə məsələ ilə əlaqədar olaraq əməkdaşımızın icra başçısından aldığı çarpaz cavab yenə kölgə salmış oldu. Çünki Cənab başçı əməkdaşımız ondan telefon vasitəsi ilə müsahibə götürərərək, Ağdam Rayon Qeydiyyat Şöbəsinin rəisi Doğum Haqqında Şəhadətnamə alan vətəndaşdan bunun müqabilində 50 manat rüşvət alıb, sualı ilə münasibət öyrənərkən, “Mamedov”un maraqlı cavabı elə bu cür də olub: “Əlinizdə əgər həqiqətən də faktınız varsa gedin yazın. .
Adlaı çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!