Həkimdən etiraz: "Heç birinin virusla mübarizəyə aidiyyəti yoxdur"
23-12-2020, 10:57
"Avtobuslar dolu, marketlər sıxlıqdır. Kasıb daxmasında, 5-10 nəfərlə övladına xeyir iş görən, terrorçu kimi təqdim edilir".
Cebhe.info xəbər verir ki, bu sözləri tanınmış nervpotoloq-həkim Qalib Əsədov deyib.
O, koronavirusla bağlı olaraq, verilən qərarla etiraz edib:
"Öz qızları, nəvələri ilə öz evində ad günü keçirən müəllimə ictimailəşdirilir. Respublika daxilində harasa getmək qadağandır. Yayın cırhacırında çimərlikləri bağlayıb, payız düşəndə açırlar. 9 aydır rayonlara gedib-gəlmək əməlli problemə çevrilib. Elə bil, kimlərsə insanların sevinməsinin əleyhinədir. Millətin 27 il gözlədiyi “Zəfər” gününü belə ürəkdolusu sevinclə keçirməyə imkan vermədilər".
Q.Əsədov deyib ki, verilən qərarların mübarizəylə əlaqəsi yoxdur:
"Bunların heç birinin virusla mübarizəyə qətiyyən aidiyyəti yoxdur. İnsanları qəsdən dövlətdən narazı salmağa çalışmaq, onları incitmək dövlətimizin əleyhinə yönəlmiş bir təxribatdır. Səlahiyyət sahibləri, sadə insanları incitməyin. Öz dövlətimizi və vətəndaşlarımızı sevək".