Deputat “Kleksan” və “Favipiravir” qiymətlərinə etiraz etdi 24-12-2020, 13:42 “Qara bazarda 6 manata olan “Kleksan”ı 40 manata, 40 manata olan “Favipiravir”i isə 500 manata satırlar”.“Reportyor.info” xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə deyib.O qeyd edib ki, koronavirusla mübarizədə bu dərman vasitələrindən istifadə edilir:“Bu qiymətlər tənzimlənməlidir. İnsanlar apteklərdə bu dərmanları tapa bilmirlər. Qara bazarda isə qiymətlər kəllə çarxadır”. Facebook-da paylaş