Daha bir həkim koronavirusdan vəfat etdi – “Dedim, getmə xəstəxanaya, sözümə baxmadı...”

28-12-2020, 00:21           
Daha bir həkim koronavirusdan vəfat etdi – “Dedim, getmə xəstəxanaya, sözümə baxmadı...”
Sumqayıt 1 saylı poliklinikanın həkim-nevropatoloqu Kazım Kərimli koronavirusdan vəfat edib.
Pravda.az-ın xəbərinə görə, bu barədə həkim Aydın Əliyev məlumat verib.
“Çox təəssüflər olsun ki, bəzi insanların “Xəstəxanaya getmə, getsən öləcəksən” proqnozu düz çıxır. Sumqayıt 1 saylı poliklinikanın həkim-nevropatoloqu Kazım Kərimli (keçmiş iş yoldaşım-gözəl insan) KT müayinəsindən keçdi, 10% buzlu şüşə mənzərəsi var idi. Dedim getmə xəstəxanaya, sözümə baxmadı, getdi Saray modul xəstəxanasına, orada ağırlaşdı, getdi Zığ modul xəstəxanasına və orda öldü. Çox təəssüf, çox...” – A.Əliyev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru