İranla Ermənistan daha da mehribanlaşır... - Görünəni budur...

28-12-2020, 18:02           
İranla Ermənistan daha da mehribanlaşır... -
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın respublikadakı səfiri Abbas Bədəşxan Zəhurini qəbul edib.

Ovqat.com xəbər verir ki, tərəflər İrəvan ilə Tehran arasındakı münasibətləri, müharibədən sonrakı dövrdə regional strateji infrastrukturların inkişafında ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi kimi məsələləri müzakirə ediblər.

Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə həmçinin bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı məsələlər də masaya yatırılıb.

Həmsöhbətlər təhlükəsizlik, iqtisadiyyat, infrastrukturun inkişafı və elm sahələrində təsirli qarşılıqlı əlaqələrin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, son zamanlar İranla Ermənistan arasında diplomatik təmaslar intensivləşib. Bundan əvvəl ölkələrin xarici işlər nazirləri Ara Ayvazyan və Məhəmməd Cavad Zərifin danışıqlar apardığı bildirilmişdi. İkitərəfli görüşlərin hamısında əsasən təhlükəsizlik müzakirələrinin prioritet təşkil etməsi diqqətdən yayınmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru