Putin Təhlükəsizlik Şurası üzvlərinə bunları qadağan etdi

29-12-2020, 09:56           
Putin Təhlükəsizlik Şurası üzvlərinə bunları qadağan etdi
Rusiya Təhlükəsizlik Şurasının üzvlərinə ikili vətəndaşlıq və xaricdə bank hesabı açmaq qadağan edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, Prezident Vladimir Putinin müvafiq Fərmanı rəsmi hüquqi məlumat portalında dərc olunub.

Sənəd Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının əsasnaməsini və Təhlükəsizlik Şurasının Aparatı haqqında əsasnaməni dəyişir.

Fərmana əsasən, Təhlükəsizlik Şurası sədrinin müavini, onun katibi və Təhlükəsizlik Şurasının üzvləri (o cümlədən daimi) xarici dövlətin vətəndaşlığı (təbəəliyi) və ya yaşayış icazəsi və ya Rusiya Federasiyası vətəndaşının xarici dövlətin ərazisində daimi yaşamaq hüququnu təsdiq edən digər sənədi olmayan rusiyalılar ola bilərlər.

Həmçinin sədr müavini, katib və Təhlükəsizlik Şurasının üzvlərinə (o cümlədən daimi) xarici banklarda hesab açmaq, nağd pul və digər qiymətlilər saxlamaq qadağandır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.