Gorusdakı bu ərazilər Azərbaycanın nəzarətinə keçdi

30-12-2020, 01:44           
Gorusdakı bu ərazilər Azərbaycanın nəzarətinə keçdi
Ermənistanın Sünik vilayətinin Gorus rayonunda 12 bina və tikili Azərbaycanın nəzarətinə keçib.
Teref.az xəbər verir ki, bunu Gorus merinin müavini İrina Yolyan deyib.

Yolyanın sözlərinə görə, 12 tikilidən 3-ü yaşayış evidir:

"Sakinlər əmlaklarını çıxarıblar. Evlərlə yanaşı, yerli bağçılıq müəssisələrindən biri tərəfindən inşa edilmiş tikililər də Azərbaycana veriləcək. Azərbaycanlılar artıq bu ərazidədir. Məlumat var ki, onlar orada başqa nişan qoymaq istəyirlər”, - Yolyan bildirib.

Qeyd edək ki, ərazilərimiz işğal altında saxlanıldığı zaman ermənilər sərhədi qabağa çəkib və burda həm məskunlaşıb, həm də torpağımızı istismar ediblər. Hazırda Ordumuz sərhədlərimizi bərpa edir.

Gorusdakı Şurnux kəndindəki 12 binanın da Azərbaycan ərazisinə düşdüyü bildirilmiş və o binaları boşaltmaq üçün Ordumuz ermənilərə bir neçə saat vaxt vermişdi. (Axar.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.