Daha bir deputat Paşinyanın fraksiyasını tərk etdi: "Xalqın ədalətli tələblərini səsləndirməyi özümə borc bilirəm"

30-12-2020, 07:41           
Daha bir deputat Paşinyanın fraksiyasını tərk etdi:
Ermənistan parlamentinin deputatı Anna Qriqoryan “Mənim addımım” fraksiyasını tərk edib.

Bu barədə o, özünün feysbukdakı səhifəsində bildirib.

Deputat buna baxmayaraq, mandatından imtina etməyib: “Əziz həmyerlilər, sizin tərəfinizdən mənə verilən mandatı saxlamağa, amma “Mənim addımım” fraksiyasından çıxmaq barədə qərar qəbul etdim. Bizim ölkəmiz üçün bu ağır və tarixi anda, hər hansı siyasi güc qarşısında əl-qolu bağlı olmadan, xalqın ədalətli tələblərini səsləndirməyi öz borcum hesab edirəm”.

O, qeyd edib ki, bundan sonra parlamentdə mandatını müstəqil, siyasi mənsubiyyəti olmayan deputat kimi saxlayacaq/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru