Portalda adı olanların NƏZƏRİNƏ!: Siz də icazə almalısınız - DİN-dən Yeni il QADAĞASI

31-12-2020, 17:16           
Portalda adı olanların NƏZƏRİNƏ!: Siz də icazə almalısınız -
“31 dekabr qeyri-iş günü olduğu üçün bəzi iş sahələri istisna olmaqla qalan şəxslər “SMS icazə”-dən istifadə etməlidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri sfera.az açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

Polis polkovniki yalnız bu sahədə çalışanların “SMS icazə”-dən istifadə etməyəcəyini qeyd edib:

“Bu gün qeyri-iş günü olduğu üçün portalda icazəsi olan şəxslər də “SMS icazə”-dən istifadə etməlidirlər. Kommunal xidmətlərdən, yəni qaz, su, işıq, istilik xidmətində çalışan şəxslərdən başqa hər kəs 3 saatlıq icazə sistemindən istifadəsi zəruridir. Qeyri-iş günü olduğu üçün qayda hər kəsə şamil edilir”.

E.Zahidov mövcud qaydanın media nümayəndələrinə aid olub-olmaması məsələsinə də aydınlıq gətirib:

“İndi internet dövrüdür, jurnalistlər evdən də çalışa bilər. Lakin portalda icazəsi olan media işçilərinə məhdudiyyət təbiq edilməyəcək. Yalnız mütləqdir ki, icazəsi olan KİV işçiləri də Bakıdan kənara çıxmasın və həqiqətən peşə fəaliyyəti ilə əlaqədar olaraq şəhərdə vaxt keçirsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru