Azərbaycanda koronavirusa yoluxma faktı kəskin azaldı

1-01-2021, 18:25           
Azərbaycanda koronavirusa yoluxma faktı kəskin azaldı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 3858 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 219 041 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 188 280 nəfər müalicə olunaraq sağalıb, 2670 nəfər vəfat edib, aktiv xəstə sayı 28 091 nəfərdir.

Ölkədə son sutka ərzində 4473, hazırkı dövrədək isə 2199939 test aparılıb.

Qeyd edək ki, 31 dekabr 2020-ci il tarixində son gün ərzində 1064 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru