“Bu da son. Kəndi Azərbaycana təhvil veririk” – Arşakyandan son dəqiqə açıqlaması

2-01-2021, 18:26           
“Bu da son. Kəndi Azərbaycana təhvil veririk” –
Bu sözləri Şurnux kənd icmasının rəhbəri Akop Arşakyan deyib:

"Artıq hərbi formanı əynimizdən çıxarmaq vaxtı çatdı. İndi azərbaycanlılar kənddə post qurublar. Ermənilərin kəndi tərk etməsi üçün isə bizə saat 5-ə qədər vaxt verdilər. Bundan sonra buraları tərk etmək zorundayıq”.

Savash.org xatırladır ki, Ermənistan işğal dövründə Zəngilan-Qubadlı istiqamətində irəli gələrək, öz sərhədlərinə qanunsuz daxil etdiyi əraziləri Azərbaycana təhvil veriləcək.

Həmin ərazidə, ermənlərin təbirincə desək, mübahisə mövzusu olan 12 evə gəlincə isə ola bilər ki, əvvəllər burada ev olmayıb, bu evlər sonradan, 1988-ci ildən sonra Azərbaycana aid ərazidə inşa olunub. Evlərin inşa olunması isə o demək deyil ki, həmin ərazi Ermənistana aiddir.

Yeri gəlmişkən, tarixi adı Şurnuxu olan kənd Gorusun azərbaycanlılar yaşayan ən böyük yaşayış məntəqəsi olub. 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilən deportasiya zamanı Şurnuxu kəndinin sakinləri də doğma yurdlarından qovulublar. Kənddə isə tədricən ermənilər məskunlaşıb.

Elə kənd icmasının rəhbəri Akop Arşakyan özü də bura 1992-ci ildə Gorus şəhərindən köçdüyünü etiraf edir. Hazırda kənd sakinlərinin sayı 153 nəfərdir. Kənd icmasının rəhbəri Akop Arşakyanın dediyinə görə, kənddə 45 evdə yaşayış var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.