AB səhvə yol verdi, Rusiyadan alaq... - Macarıstan

6-01-2021, 08:25           
AB səhvə yol verdi, Rusiyadan alaq... - Macarıstan
Avropa Birliyi COVİD-19 peyvəndi ilə bağlı səhvə yol verdi.

Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər və ticarət nazirinin müavini Tamas Mençzer bildirib.

AB-nin ABŞ və İsraillə müqayisədə "Pfizer" şirkəti ilə müqavilə imzalamaqda geri qaldığını deyən Mençzer kifayət qədər peyvənd alınmadığını vurğulayıb:

"Görünür, Brüssel razılaşma məsələsində gecikdi və yaxşı olmayan müqavilə imzaladı. Bu səbəbdən indi daha çox peyvənd ala bilmirik".

Nazir müavini hökumətin daha çox peyvənd almaq üçün Çin və Rusiya ilə əməkdaşlıq etdiyini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru