“Pfizer” vaksini vurulan 23 nəfər öldü

14-01-2021, 18:39           
“Pfizer” vaksini vurulan 23 nəfər öldü
Norveçdə koronavirus əleyhinə “Pfizer” vaksini vurulan 23 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Norveçin Dərman Agentliyi məlumat yayıb.

Hazırda mütəxəssislər həmin 23 nəfərin ölüm səbəblərini araşdırır.

"Peyvəndlə əlaqəli 23 ölüm baş verib. Bunlardan 13-ü indiyədək araşdırılıb. Ümumi yan təsirlər yaşlı insanlarda daha ciddi xəstəliklərə səbəb ola bilər".

Agentliyin məlumatında vurğulanıb ki, hər belə hal diqqətlə öyrənilir. Milli Sağlamlıq İnstitutu ağır xəstəliyi olan yaşlı insanların peyvənd edilməsi üçün tövsiyələrində bəzi düzəlişlər edib.

“Pfizer” vaksinasiyasına Norveçdə 27 dekabrda başlanılıb. Peyvəndi ilk qəbul edən Oslo qocalar evlərinin sakinləri olub. Bu günədək 25 mindən çox insan peyvənd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru