Silvio Berluskoni xəstəxanaya yerləşdirilib – Sabiq Baş nazirin ürəyində problem yaranıb

14-01-2021, 23:13           
Silvio Berluskoni xəstəxanaya yerləşdirilib –
İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni Monakoda xəstəxanaya yerləşdirilib.

Türkiyənin NTV telekanalının verdiyi xəbərə görə, bu barədə S. Berluskoninin şəxsi həkimi Alberto Zanqrillo bildirib.

O, 84 yaşlı sabiq Baş nazirin ürəyində yaranan problemə görə təcili şəkildə Monte-Karloda xəstəxanaya yerləşdirildiyini vurğulayıb. A. Zanqrillo 2016-cı ildə S. Berluskoninin ürəyinin aorta qapağının dəyişdirildiyini xatırladıb.

Həkimi qeyd edib ki, S. Berluskoninin aritmik problemi var/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru