Rasim Məmmədovun vəkili yayılan xəbəri TƏKZİB ETDİ - AÇIQLAMA

29-01-2021, 18:50           
Rasim Məmmədovun vəkili yayılan xəbəri TƏKZİB ETDİ - AÇIQLAMA
"Baku Steel Company" şirkətinin DTX tərəfindən saxlanılan rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqov ilkin açıqlama yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Sadıqov bildirib ki, Rasim Məmmədovun guya Ramiz Mehdiyevin qara kassası olması barədə deyilənlər həqiqəti əks etdirmir: “Rasim Məmmədov Ramiz Mehdiyevin kürəkəninin və oğlunun yalandan ibarət şikayəti əsasında tutulub”.

Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, Rasim Məmmədov onlardan birinin 4 milyon, digərinin 3,5 milyon dollar pulunu mənimsəyib.

Rasim Məmmədovun digər vəkili Bəxtiyar Hacıyevdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru