Dilavər Əzimli sağlamlığına qovuşsun deyə bütün imkanlardan istifadə etməyə hazırıq - Tarix institutu

12-02-2021, 12:05           
Dilavər Əzimli sağlamlığına qovuşsun deyə bütün imkanlardan istifadə etməyə hazırıq - Tarix institutu
Azərbaycan Milli Elmlər Akademiyası Tarix institutunun rəhbərliyi və əməkdaşları həmkarları, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlinin səhhəti ilə bağlı hər bir məsələni diqqət mərkəzində saxlayır.

Bu barədə institutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, obyektiv səbəblər üzündən Dilavər Əzimli ilə görüşmək mümkün olmayıb, amma ailə üzvləri ilə ünsiyyət qurulub.

“Tarix institutu Dilavər Əzimlinin tezliklə sağlamlığına qovuşması üçün bütün imkanlarından istifadə etməyə hazırdır”, - deyə məlumatda vurğulanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.