Rusiya 50 ton Azərbaycan pomidorunu geri qaytarıb

18-02-2021, 16:25           
Rusiya 50 ton Azərbaycan pomidorunu geri qaytarıb
“Rosselxoznadzor”un Dağıstan Respublikası İdarəsinin müfəttişləri 1-18 fevral tarixlərində Azərbaycan Respublikasından ümumi çəkisi 50,4 ton olan 3 təzə pomidor partiyasını saxlayıblar.

“APA-Economics”in “Rosselxoznadzor”a istinadən verdiyi məlumata görə, tərəvəzlərdə təhlükəli karantin obyekti – Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta Povolny) aşkar edildiyi üçün Rusiya Federasiyası ərazisinə gətirilməsi qadağan edilib. Pomidor partiyalarının saxlanılmasına səbəb laboratoriya nəticələri olub. Məhsul yenidən Azərbaycana qaytarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru