Dilavər Əzimlinin səhhətində son durum

20-02-2021, 06:39           
Dilavər Əzimlinin səhhətində son durum
Koronavirusa yoluxan tarixçi alim Dilavər Əzimlinin xanımı onun səhhətindəki son durum haqqında məlumat verib.

Teref.az-ın xəbərinə görə, Dilavər Əzimlinin həyat yoldaşı Arzu Qazıyeva alimin səhhətində irəliləyiş olmadığını bildirib:

“Həkimlər dedi ki, hələ irəliləyiş yoxdur. Müalicə davam edir, amma həkimlər istənilən nəticəni ala bilmirlər. Səhhəti ağır-stabildir. Uzun müddətli EKMO aparatına qoşulub. Həkimlər onun reanimasayadan nə zaman çıxacağı, EKMO aparatından nə vaxt ayrılacağı haqqında dəqiq söz demirlər. Ciyərlərin bərpası vaxt aparan məsələdir”.

Qeyd edək ki, Dilavər Əzimli FHN-nin Zığdakı modul tipli xəstəxanasına yerləşdirilib.Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru