Rusiyanın silah ixracatı 3 ildir azalır

20-02-2021, 15:10           
Rusiyanın silah ixracatı 3 ildir azalır
Rusiya ötən il müxtəlif ölkələrə 11.48 milyard dollarlıq hərbi məhsul ixrac edib. Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidməti məlumat yayıb.

Bildirilir ki, bu rəqəm ötən illə müqayisədə 16% aşağıdır. İxracatdakı tək azalma 2020 ilə məhdudlaşmır. 2019-cu ildə ixracatın həcmi 13,6 milyard dollar, 2018-ci ildə isə 14,38 milyard dollar olub.

2015-2019 illər arasında Rusiyanın ən çox silah satdığı ölkələr Hindistan (ümumi satışların 25%), Çin (16%) və Əlcəzair (14%) olub.

Ümumilikdə, Rusiyanın silah ixracatı son 10 ildə 18% azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru