Rusiyanın Vaşinqtondakı səfiri ABŞ peyvəndi vurdurdu

21-02-2021, 10:19           
Rusiyanın Vaşinqtondakı səfiri ABŞ peyvəndi vurdurdu
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın “Moderna” şirkətinin istehsal etdiyi koronavirusa qarşı preparatla peyvənd olunub.

“RİA Novosti” xəbər verir ki, bu barədə diplomat “Solovyev Live” “YouTube” kanalında bildirib.

“Bir həftə əvvəl “Moderna” peyvəndi qəbul etdim və dörd həftə ərzində ikinci dəfə peyvənd olunacam. Bununla mən sadəcə vurğulamaq istəyirəm ki, biz vaksin problemini siyasiləşdirmirik. Əgər ölkədə yaxşı vaksin, sağlamlığımızı qorumaq üçün imkan mövcuddursa, bundan istifadə etməliyik”, - deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, bu sahədəki ayrı-seçkilik xətləri bu və ya digər ölkənin vətəndaşlarının təhlükəsizliyinə zərər vura bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru