Koronanın müalicəsində yeni üsul - Antikor dərman...

28-02-2021, 11:55           
Koronanın müalicəsində yeni üsul -
ABŞ xəstəxanaya yerləşdirilməyən COVID-19 xəstələrinin müalicəsi üçün 100 min doz antikor dərmanı alacaq.

Teleqraf.com xəbər verir ki, ABŞ Səhiyyə Nazirliyi infeksiyaya yoluxan, amma xəstəxanaya yerləşdirilməyən risk qrupunda olan koronavirus xəstələrinin müalicəsi üçün antikor dərmanların sifarişini verib.

Dərmanlar İndiana mərkəzli dərman firmasının Eli Lilly şirkəti tərəfindən istehsal olunur.

Nazirlik bildirib ki, mart ayının əvvəlində tətbiqi üçün icazə alınan 100 min doz antikor dərmanına 210 milyon dollar ödəniləcək. Noyabra qədər antikor dərmanının dozasının 1 milyona çatdırılması planlaşdırılır.

Sözügedən antikor dərmanı COVID-in müalcəsində istifadə olunan “bamlanivimab” və “etesevimab” adlı dərmanların birləşməsindən hazırlanıb.

Hər iki dərman immunitet sisteminin infeksiyalarla mübarizəsi üçün təbii antikorların istehsalına kömək edir. Bu müalicə üsulu sabiq ABŞ prezidenti Donald Tramp virusa yoluxan zaman da tətbqi edilmiş və uğurla nəticələnmişdi.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.