Ukraynalı general: Bu halda Rusiya diz çökəcək

20-03-2021, 10:50           
Ukraynalı general: Bu halda Rusiya diz çökəcək
Dünya Rusiya ilə ticarətdən imtina etsə, Kiyev Krımı qaytara bilər.

Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Təhlükəsizlik Şurasının baş katibinin keçmiş müavini, general Sergey Krivonos deyib.

O, “Krım platforması” sammitində Rusiyanın ticari blokadası ilə bağlı Kiyevin məsələ qaldıracağını və bununla həm də Donbas üzərində nəzarətin qaytarılacağına ümid etdiyini bildirib:

“Blokada Rusiyanı iqtisadi cəhətdən diz çökdürəcək. İqtisadi inkişafı əhatə edən bütün istiqamətlərdən blokada tətbiq edilməlidir. Rusiyanın iqtisadi inkişafı üçün imkanların olmaması bizim üçün vacibdir. Bütün dünya ictimaiyyəti Rusiya şirkətləri ilə işləməkdən imtina etməlidir. Bu, fantastik görünür, lakin diplomatlarımız düzgün işləsələr, bu prosesi təşkil etmək mümkündür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru