2021-ci ildə neftə tələbət artacaq? - Proqnoz

21-03-2021, 21:42           
2021-ci ildə neftə tələbət artacaq? - Proqnoz
"Saudi Aramco" şirkətinin baş direktoru Amin Nasser 2021-ci ildə neftə tələbətın artacağını gözləyir.

Yenisabah.az-ın verdiyi məlumata görə, bu barədə A.Nasser brifinqdə çıxışı zamanı deyib.

Baş direktor bildirib: "İqtisadi dirçəliş əlamətlərinin olmasından məmnunuq. Bütün dünyadakı hökumətlər və hakimiyyətlər iqtisadiyyatları yenidən açdıqca bunun davam edəcəyini gözləyirik".

A.Nasser qeyd edib ki, "Saudi Aramco"nun fövqəladə vəziyyətlərə reaksiya və hər hansı bir hücuma qarşı müqavimət planları var. O əlavə edib ki, martın 19-u yəmənli husilərin hücumuna məruz qalan və alışan neft emalı zavodu bir neçə saat ərzində bərpa edilməyə başlayıb. (Trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru