Mütəxəssis peyvəndin botoks kimi gözəllik prosedurları keçirənlərə təsirindən danışıb

6-04-2021, 07:54           
Mütəxəssis peyvəndin botoks kimi gözəllik prosedurları keçirənlərə təsirindən danışıb
Koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndi botoks inyekesiyaları və sinə böyütmə əməliyyatları etdirmiş insanlar üçün tam təhlükəsizdir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq vaksinasiyanın gözəllik prosedurundan keçənlərə mənfi təsir göstərə biləcəyinə dair sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə indiyə kimi heç bir peyvəndin belə prosedurlarla qarşılıqlı əlaqəsi müşahidə edilməyib.

“Bunun üçün nəzəri əsaslar belə yoxdur”, - deyə mütəxəssis vurğulayıb.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru