Səudiyyə Ərəbistanı peyvənd olunmuş zəvvarlara Həccə getməyə icazə verəcək 6-04-2021, 07:10 Səudiyyə Ərəbistanı koronavirusa qarşı peyvənd olunmuş zəvvarlara Ramazan ayında Həcc ziyarətinə getməyə icazə verəcək.Trend-in "Əl-Ərəbiyə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Həcc məsələləri üzrə Nazirliyindən bildiriblər.Məlumata əsasən, Həcc ziyarətinə getmək üçün icazə almaq istəyənlər peyvəndin hər iki dozasını almış olmalıdırlar. Facebook-da paylaş