“Avronun atası” dünyasını dəyişdi

6-04-2021, 09:45           
“Avronun atası” dünyasını dəyişdi
Kanadalı iqtisadçı, 1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, optimal valyuta zonaları nəzəriyyəsinin banisi, "avronun atası" adlandırılan şəxslərdən biri - Robert Mandell 88 yaşında vəfat edib.

"Kolumbiya Universitetinin fəxri professoru Robert Mandell aprelin 4-də ömrünün 89-cu ilində ailəsilə bərabər yaşadığı İtaliyanın Toskana şəhərində dünyasını dəyişib", - deyə Kolumbiya Universitetinin iqtisadi araşdırmalar proqramının direktorunun köməkçisi Sofiya Conson məlumatı təsdiqləyib.

Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, R.Mandelli Avropanın vahid valyutası kimi avronun yaradılmasının ideya və intellektual ilhamvericisi hesab olunur. Ötən əsrin 60-cı illərindən başlayaraq o, Ümumavropa İqtisadi və Valyuta İttifaqının yaradılması ideyasını dəstəkləyib və avronun tətbiqi üçün nəzəri zəmin yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru