Azərbaycandan Həcc ziyarəti ilə bağlı Hacı Şahindən AÇIQLAMA

7-04-2021, 11:24           
Azərbaycandan Həcc ziyarəti ilə bağlı Hacı Şahindən AÇIQLAMA
Bu il Azərbaycandan Həcc ziyarətinin baş tutub-tutmayacağı hələlik tam məlum deyil.

Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Həcc idarəsi yaxın günlərdə açıqlama verəcək:

“Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı belə bir qərar verib ki, vaksinasiya olunmuş şəxslər ziyarətə gedə bilərlər. Azərbaycanda isə hələlik bu barədə tam qərar verilməyib, Həcc idarəsi bu barədə yaxın günlərdə açıqlama verəcək, ancaq hər bir halda qoyulan tələblərə riayət olunmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru