Yaponiyalı həkimlər bunu da bacardı - DÜNYADA İLK - VİDEO

8-04-2021, 15:48           
Yaponiyalı həkimlər bunu da bacardı - DÜNYADA İLK - VİDEO
Yaponiyanın Kyoto Universitetinin Xəstəxanasının həkimləri canlı donorlardan ağ ciyərlərin bir hissəsini köçürmək üçün dünyada ilk əməliyyat həyata keçiriblər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı smotrim.ru saytı verib.

Mənbə yazır ki, Yaponiyada həkimlər ağ ciyərləri koronavirusa zədələnmiş qadının müalicəsində özünəməxsus bir metoddan istifadə ediblər.

Xəstənin əri və oğlu ciyər bağışlamağa razılaşıblar və 11 saatlıq əməliyyat nəticəsində həkimlər onların ciyərlərinin bir hissəsini xəstə qadına köçürüblər.

O, hazırda reanimasiyadadır və sağalacağı təqdirdə üç aydan sonra normal həyata qayıda biləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.