Müddətli hərbi qulluqçular ordudan nə zaman tərxis ediləcəklər? – Ekspert tarixi açıqladı

11-04-2021, 20:46           
Müddətli hərbi qulluqçular ordudan nə zaman tərxis ediləcəklər? –
Ötən il Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibə səbəbindən müddətli hərbi çağırışçıların tərxis olunması ləngiyir.
Belə ki, yanvar və aprel ayında ehtiyata buraxılmalı olan hərbi qulluqçular xidmətlərini davam etdirirlər.
Xatırladaq ki, qanunvericiliyə görə, Azərbaycanda müddətli hərbi xidmətin müddəti 18 yaşlı, ali təhsili olmayan çağırışçılar üçün 1.6 il, ali təhsillilər üçün isə 1 il təşkil edir.
Yaranmış vəziyyətlə əlaqədər onların xidmət müddəti 6 ay artırılıb. Onlar nə zaman tərxis ediləcəklər?
Hərbi ekspert Ədalət Verdiyev “AzPolitika.info”-ya bildirib ki, bu ilin yanvar və aprel aylarında müddətli xidmətini başa vuran əsgərlərimiz iyul ayında, iyulda və oktyabrda başa vuranlar isə oktyabrda ordu sıralarından tərxis olunacaqlar.
“Oktyabrdan sonra isə çağırış və tərxis normal rejimə düşəcək”,-deyə ekspert vurğulayıb.
“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru