Belarus istehsal etdiyi vaksini Azərbaycanla bölüşəcək – Lukaşenko açıqladı

14-04-2021, 23:04           
Belarus istehsal etdiyi vaksini Azərbaycanla bölüşəcək – Lukaşenko açıqladı
“Pandemiya və postpandemiya şəraitində vəziyyətin təhlilinə xeyli vaxt sərf etdik. Biz sabahdan etibarən Belarus əhalisinin kütləvi peyvəndlənməsini başlayacağıq”.

Yenicag.az xəbər verir ki, bunu bu gün Bakıda sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus lideri bildirib ki, vaksinlər özlərinindir:

“Rusiya Federasiyasının “Sputnik V” texnologiyası əsasında yaradılıb. Biz ölkədə yarım milyon doz vaksin istehsal edəcəyik. Bu qədər vaksini özümüz istifadə edə bilməyəcəyik. Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru