Peyvəndlənənlərə pulsuz pivə veriləcək

15-04-2021, 22:31           
Peyvəndlənənlərə pulsuz pivə veriləcək
Amerikanın pivə zavodu Samuel Adams Boston Brewery, pandemiya dövründə pub və restoranlara ziyarətçi sayını artırmaq üçün bir pulsuz pivə təşəbbüsü ilə çıxış edib.

KONKRET.az xarici mediaya istinadla bildirir ki, bu barədə zavodun saytında məlumat yayılıb.

Pivə almaq üçün aksiyanın iştirakçısı koronavirusa qarşı peyvəndlənməli, fotoşəkili “Twitter” və ya “Instagram”da yerləşdirməlidir. Və əsas odur ki, paylaşımı #shotforsam hashtagı ilə qeyd etməlidir.

Şəxsi məlumatların qorunması üçün tibbi peyvənd kartının göstərilməsi qadağandır.

Qaydalara əməl olunarsa, Samuel Adams Boston Brewery, iştirakçıya Cash tətbiqi üçün 7 dollar göndərəcəkdir.

Təşəbbüsə 21 yaşı tamam olan ABŞ vətəndaşlarının hamısı qoşula bilər. Aksiya mayın 15-dək davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru