İraqın Mosul şəhərində dağıntılar altından 1,59 milyon dollar, kiloqramlarla qızıl və gümüş tapılıb

16-04-2021, 06:52           
İraqın Mosul şəhərində dağıntılar altından 1,59 milyon dollar, kiloqramlarla qızıl və gümüş tapılıb
İraq təhlükəsizlik qüvvələri Mosuldakı bir evin dağıntıları altında təxminən 1,6 milyon dollar, kiloqramlarla gümüş və qızıl sikkələr aşkar ediblər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə İraq xəbər portalı "Shafaq news" məlumat verib.

Bildirilir ki, tapilan pul, qızıl və gümüş uzun müddət şəhəri nəzarətləri altında saxlayan "İslam dövləti"nə məxsus olub. Silahlıların "bank"ının izinə polis gizli məlumata əsasən düşə bilib.

Qeyd edilir ki, dağıntılar altından 1,59 milyon dollar, 15 kiloqram gümüş və küllü miqdarda qızıl sikkələr aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru