"İdeal"ın keçmiş sahibi barədə cinayət işinin istintaqı başa çatdı

16-04-2021, 21:02           
"İdeal"ın keçmiş sahibi barədə cinayət işinin istintaqı başa çatdı
Binəqədi Rayon Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Teref.az xəbər verir ki, bu barədə onun vəkili İlhamə Həsənova məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin edilməyib.

Vəkil əlavə edib ki, İ.İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru