Azərbaycanlı "La Skala" ulduzu Milanda tənhalıqda vəfat etdi......

19-04-2021, 09:45           
Azərbaycanlı "La Skala" ulduzu Milanda tənhalıqda vəfat etdi......
Teref.az yazır ki, Basso Azerbaijan (Azərbaycandan gələn bass) və "La Skala" ulduzunun, "Metropoliten opera" solistinin acı sonluğu.
Skamyalarda uyuyan, nimdaş geyimli adam, vaxtilə böyük müğənni, həyatının son illərində Milanın Prekotto rayonunun küçələri və parklarına sığınmışdı.
(Persona senza fissa dimora)
Prekotto rayonundakıların "Sevimli evsiz"("Un clochard benvoluto") adlandırdığı bu insan heç vaxt heç kimi narahat etmirdi. Ona bir mərhəmətli italyanın bağışladığı kiçik yedəkli maşınında əvvəlcə Via Karnovali, axır vaxtlarsa Via Marianidə yaşayırdı.O, tam tənha idi.
Dünya opera səhnələrini fəth etmiş, Azərbaycanın unutduğu, xalqın tanımadığı Eldar Əliyev avqustun 4-də İtaliyanın Milan şəhərində 49 yaşında əbədiyyətə qovuşdu.
Sevinc Nəzərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru