Abel Məhərrəmov məhkəməyə verildi: “Mebellərin pulunu vermir”

19-04-2021, 18:10           
Abel Məhərrəmov məhkəməyə verildi:
Aprelin 19-da saat 15:00-da Yasamal Rayon Məhkəməsində hakim Vahid Hacıyevin sədrliyi ilə Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov və Bakı Dövlət Universitetinin keçmiş prorektoru Nəbi Ramazanlıya qarşı mülki iddia ilə bağlı hazırlıq iclası olacaq.

İddiaçı İsmixan Mirzəyevdir.

Elekron məhkəmə portalında mülki iddianın predmeti kimi öhdəliklər üzrə mübahisə göstərilir.

“Neçə illərdir mebel işlərini görmüşük, lakin indiyədək pulumuzu ala bilmirik”, – iddiaçı tərəf bildirib. (turan)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru