Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı açıqlandı

20-04-2021, 09:04           
Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı açıqlandı
Azərbaycanın işğaldan azad edilən ərazilərində dünən aparılan axtarışların gedişatında ikinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən daha bir erməni hərbçinin meyiti aşkarlanıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, erməni hərbçinin meyiti Cəbrayıl rayonunda aşkarlanıb.

Beləliklə, Qarabağda hərbi əməliyyatların dayandırılmasından sonra meyiti aşkarlanan erməni hərbçilərin ümumi sayı 1 544 nəfərə çatıb.

Qeyd edək ki, axtarışlara itkin hərbçilərin yaxınları da cəlb olunub. Əsgər valideynləri daha əvvəl Ermənistanın müvafiq dövlət orqanlarının qarşısında etiraz aksiyaları keçirərək, itkin düşmüş övladlarının tapılmamasından şikayətləniblər. Bundan sonra axtarışlara mülki şəxslər də cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru