Azərbaycanda internet sürətlənəcək

21-04-2021, 00:05           
Azərbaycanda internet sürətlənəcək
“Azərkosmos” “Azconnexus” peyk interneti platformasını istifadəyə verib

“Azərkosmos” Azərbaycanda peyk üzərindən yüksək keyfiyyətli və etibarlı internet təmin etmək məqsədilə “Azconnexus” peyk interneti platformasını istifadəyə verib.

Qurumdan AYNA-ya bildirilib ki, “Azconnexus” platforması “Azərkosmos”un operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli internet xidməti təqdim edir.

“Azconnexus” kabel internetinin, mobil rabitənin zəif və ya mövcud olmadığı, 3G / LTE şəbəkəsinin sürətinin aşağı olduğu ərazilərdə yerləşən müəssisələri sürətli internet ilə təmin edəcək.

“Azconnexus”un peyk interneti dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər üçün əlçatan olacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru