Saxta “BioNTech” vaksinləri aşkarlandı

22-04-2021, 00:09           
Saxta “BioNTech” vaksinləri aşkarlandı
Meksika və Polşada saxta “Pfizer”-“BioNTech” koronavirus vaksinləri aşkarlanıb.

Teref.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, Meksikada ələ keçirilən vaksinlərdə saxta etiketlərə rast gəlinib, Polşadakı saxta COVID-19 peyvəndlərinin tərkibində isə qırışıqlığa qarşı maddələr olduğu ortaya çıxıb.

Xəbərdə qeyd olunub ki, Meksikada bir klinikada dozu 1000 dollardan olmaqla, 80 nəfərə saxta vaksin vurulub, içində artırılmış su olan peyvənd şüşələri piknik soyuducusunda saxlanılarkən ələ keçirilib.

“Pfizer”in təhlükəsizlik rəhbəri Lev Kubiak bütün dünyanın koronavirus vaksininə qetiyacı olduğunu və çox məhdud sayda tədarük olunduğu bir mühitdə cinayətkarlar üçün mükəmməl bir fürsət doğduğunu deyib.

ABŞ da daxil olmaqla, Meksika və digər ölkələrdə saxta vaksin satışı həyata keçirən onlarla internet saytı bağlanıb. qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru