2016-cı il Nitsa terrorunun təşkilatçısının cinayət tərəfdaşı İtaliyada həbs edilib

22-04-2021, 07:05           
2016-cı il Nitsa terrorunun təşkilatçısının cinayət tərəfdaşı İtaliyada həbs edilib
İtaliya polisi 2016-cı ilin iyul ayında Nitsa şəhərində yük maşınını izdihamın üzərinə sürərək terror törədən tunisli terrorçu Məhəmməd Lahuayec Buhlelin cinayət tərəfdaşını Apennin yarımadasının cənubunda, Kazerta şəhəri yaxınlığında həbs edib.

APA “Corriere della Sera” qəzetinə istinadən xəbər verir ki, 28 yaşlı Albaniya əsilli Endri Eletsi Buhleli silahla təmin edibmiş.

Qəzet yazır ki, onun həbsi Fransa rəsmiləri tərəfindən verilmiş Avropa orderi əsasında İtaliya və Fransa istintaq orqanlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Xatırladaq ki, 14 iyul 2016-cı il tarixində yüksək sürətlə idarə olunan yük maşını Nitsa şəhərində Fransanın Milli Günü ilə əlaqədar toplaşmış minlərlə insanın olduğu izdihama çırpılıb. İnsident nəticəsində 86 nəfər ölmüş, 434 nəfər yaralanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru