Hadı Rəcəbli Hüseynbala Mirələmovun videosundan danışdı: “Montajdı, kişi oruc tutur”

22-04-2021, 11:11           
Hadı Rəcəbli Hüseynbala Mirələmovun videosundan danışdı:
Ötən gün sosial şəbəkələrdə hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılıb.

Teref.az xəbər verir ki, modern.az məsələ ilə bağlı Hüseynbala Mirələmovla əlaqə yaratmağa çalışsa da, o, telefonu açmayıb.

Daha sonra Hüseynbala Mirələmovun ən yaxın dostu, keçmiş deputat Hadı Rəcəbli ilə əlaqə yaratdıq.

Hadı Rəcəbli saytımıza açıqlamasında bu barədə danışmayacağını bildirib:

“Hüseynbala Mirələmovla dostluğumuzun dərin tarixi var. Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər”.

Hadı Rəcəbli bir neçə il bundan öncə özü ilə bağlı da belə bir halın baş verdiyini xatırladıb:

“Bir neçə il bundan qabaq bir xanımla rəqs etmişdim. Həmin rəqsin videosunu yayıb məni də təhqir etmişdilər. İndi də Hüseynbala müəllimlə bağlı video sosial şəbəkələrdə yayılıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru