Hüseynbala Mirələmov ADNSU-dakı vəzifəsindən azad edildi - RƏSMİ

22-04-2021, 11:36           
Hüseynbala Mirələmov ADNSU-dakı vəzifəsindən azad edildi - RƏSMİ
"Biz də bu hadisə barədə görüntüləri əksəriyyət kimi sosial şəbəkələrdə gördük və izlədik".

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov deyib.

Sözçü bildirib ki, Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib:

"O öz ərizəsi ilə işdən azad olunub".

Qeyd edək ki, ötən gün sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılıb. O, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru