Kino izləyir, vaxtını ailəsi ilə keçirir - Cen Psaki Cozef Bayden barədə danışdı

23-04-2021, 06:42           
Kino izləyir, vaxtını ailəsi ilə keçirir -
Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ prezidenti Con Baydenin boş vaxtını necə keçirməsi barədə danışıb.

“Report” xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi bildirib.

"Bir çox amerikalılar kimi, o da kinonu sevir, onun sevdiyi iki iti var. Düşünürəm ki, sevdiyi ailəsi ilə vaxt keçirməyi sevir", - Psaki deyib.

Administrasiyanın nümayəndəsi ABŞ-ın 46-cı prezidentinin boş vaxtı olduqda bu şəkildə dincəldiyini qeyd edib. Mətbuat katibi bildirib ki, ABŞ liderinin məhdud sayda boş vaxtı olur.

Cen Psaki diqqəti prezidentin öz ailəsi ilə çox yaxın olmasına yönəldib. Onun sözlərinə görə, Bayden istirahət günlərində nəvələri ilə vaxt keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru